MÜHASİBATLIQ

Phone App

Mühasibat uçotu müəssisələrin əmlakının, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunun əsas prinsiplərindən biri Hesablar planının tətbiqidir ki, bu da müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət və zərər və bu kimi bütün başqa göstəricilərin yarandığı vaxtda mühasibat hesablarında müxabirləşmə ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsini təmin edir.

Logix Tətbiqi Proqramlar Paketi istənilən fəaliyyət növü ilə məşğul olan müəssisələrin mühasibatlıq sistemini avtomatlaşdırmaq üçün ideal tərəfdaşdır. Logix Tətbiqi Proqramlar Paketinin hər hansı bir modulunda əməliyyatlar apardıqda avtomatik olaraq mühasibat əməliyyatları da formalaşır. Bu əməliyyatlar nəticəsində müəssisənin istəyinə uyğun hesabatlarla yanaşı aşağıdakı mühasibat hesabları da alınır:
Mühasibat balansı
Hesab üzrə dövriyyə cədvəli
Müxabirləşmələr üzrə uçot
Mənfəət və zərər haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Digər mühasibat hesabatları
Bank hesablaşma sənədləri, çıxarışlar
Dövriyyə cədvəli
Hesabların analizi
Açıqlamalar üzrə dövriyyə cədvəli
Qaytarılma və dəyişdirilmə əməliyyatlarının yerinə yetirilməsi
Kapitalda dəyişikliklər haqqında hesabat
Uçot hesabatı və izahlı qeydlər
Valyutalar
Proqramın yerli şirkət tərəfindən yazılmış olması istənilən anda sualları cavablandıracaq xidmətinin var olması deməkdir. Bu da öz növbəsində proqramda tələbə uyğun dəyişiklik etmə imkanı verir. Logix mühasibat uçotu modulu Logix ERP-yə daxil olan digər modullarlarla inteqrasiya olunur.

Referanslarımız

play video

MÜHASİBATLIQ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan