BİZNES PROSESLƏRİNİN İDARƏ OLUNMASI

Phone App

Biznes proseslərinin idarə olunması və ölçülməsi üçün optimal proqram təminatının müəyyən edilməsi önəmli amillərdən biridir. Sistem bütün bölmələri əhatə etməklə yanaşı tətbiq prosesi üçün dəyişə bilən və istifadəçi rahatlığına uyğun olmalıdır.
Logix komandası ERP tətbiqində formalaşan öz 12 illik təcrübəsini Biznes Pposeslərin
avtomatlaşdırılmasında istifadə üçün nəzərdə tutulmuş Logix BPM moduluna daşımışdır. Logix BPM şirkət, təşkilat və qurumların daxili proseslərinin idarə olunması üçün hazırlanmış biznes həlldir. Logix BPM vasitəsilə daxili proseslərin icra ardıcıllığının təyin olunması, icra prosesinə nəzarət və ölçülməsini həyata keçirmək mümkündür. Sistem Logix ERP və Logix Mobil tətbiqlərlə inteqrasiyalı və müstəqil istifadə oluna bilir.
Sistem idarəetmə strukturunun qurulması, vəzifə bölgüsünün həyata keçirilməsi və icra mexanizminin formalaşdırılması imkanına malikdir. Logix BPM aşağıdakı alt modullardan ibarətdir.

Tapşırıqların idarə olunması
İclasların idarə olunması
KPI və Bonus
Layihələrin idarə olunması
CRM
Dashboard

Sistemin aşağıdakı faydaları vardır.

Şirkət idarəetmə sturukturunun optimallaşdırılması
Vəzifə təlimatlarının və bundan irəli gələn iş axışının formalaşdırılması
Bölmələr arasında əlaqələrin ölçülməsi
Şirkət daxili toplantıların və tapşırıqların idarə olunması
Personal dəyərləndirilməsi – KPI
İllik, rüblük və aylıq hədəflərin verilməsi
Satış standartlarının formalaşdırılması
Müştəri analizi
Tədarük standartı və strategiyası
Layihə planlaması və icrasına nəzarət
Əməkdaşların, vaxtın, büdcənin layihədə idarə olunması
Risk və dəyişikliklərin qeydiyyatı və təqibi

Referanslarımız

play video

BİZNES PROSESLƏRİNİN İDARƏ OLUNMASI tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan