MOBİL SATIŞ<

Phone App

Mobil Satış Sistemi, paylama şəbəkəsinə sahib firmaların satış məlumatlarına nəzarət edə bilmələrini təmin edən avtomatlaşdırılmış sistemdir. Sadə mənasıyla şirkətlərin (tədarükçülərin və sifarişçilərin) əl kompüterləri vasitəsilə birbaşa ünsiyyət qurması mənasını verir. Qida, tikinti materialları, sığorta, dərman və s. kimi anlıq məlumat axışını tələb edən və sahə satışı həyata keçirən sektorlar üçün xərclərin minimuma endirilməsi və məhsuldarlığın artırılmasına əhəmiyyətli təsiri olan bir sistemdir. Online Sahə Satış tətbiqi sayəsində, satış təmsilçisi ilə mərkəz arasındakı məlumat mübadiləsi mobil terminallar üzərindən həyata keçirilir. İş ehtiyaclarına bağlı olaraq PDA, Handheld PC, dizüstü kompüter, cib telefonu kimi terminallar vasitəsilə mövcud rabitə növləri üzərindən ötürülməsi mümkündür.

Avtomatlaşdırılmış satış sistemi olmayan şirkətlər bir sıra problemlərlə qarşılaşırlar. Xüsusilə distribyutor və diler şəbəkəsinə sahib firmalar, satış və paylama prosesində ehtiyac duyduqları məlumatı asan əldə edə bilmirlər. Yalnız məhsulların mərkəz anbardan çıxıb distributor anbarına girişinə qədər olan mərhələni təqib edə bilirlər və bundan sonra məhsullarının hansı mağazaya nə qədər və hansı qiymətdən satıldığını bilmirlər. Ayrıca satış nümayəndələrinin sahədəki sifariş toplama məlumatlarını əl ilə həyata keçirmələri əməliyyatlarda səhvlərin artmasına və alınan sifarişlərin mərkəz anbara çata bilməsi üçün gün sonunda daxil edilməsi işləyişin prosesin olmasına səbəb olur. Sistemin əl ilə işlənməsi bu müddətdə səhv satış strategiyalarına və nəticədə faydalı iş əmsalının aşağı olmasına gətirib çıxarır. Diler paylama sistemi ilə bütün satış məlumatlarınızı və satış təmsilçilərinizin sahədəki fəaliyyətlərindən xəbərdar ola bilər, distribyutor satışlarına nəzarət edə bilərsiniz. Bu məlumatlar əsasında ən uyğun satış strategiyalarını müəyyən edə və mərkəzi idarəetmə strukturuna sahib ola bilərsiniz. Faydaları:
Ən az vaxt itkisi - sifariş / məhsul tədarükü / qaimələmə / gün sonu əməliyyatları
Sahədən məlumatların anlıq olaraq mərkəzə çatdırılması
Avtomobildə qaimələmə ilə isti satış imkanı
Əl terminalı vasitəsilə məlumat girişi sayəsində azalan sənəd işi
Səhvsiz əməliyyatlar
Anbar təqibi
Doğru satış məlumatlarını əldə etmə
Təşviqi fəaliyyətləri planlaşdırma
Güclü analiz infrastrukturu

Logix mobil satış sistemi bir çox sektorda fərqli satış-paylama strukturları ilə işləyən hər cür satış təşkilatına uyğunlaşma təmin edəcək, fərqli iş modellərini dəstəkləyəcək şəkildə nəzərdə tutulmuşdur. Logix mobil satış sistemi, distribütorluq sistemi, birbaşa paylama sistemini dəstəkləyə bildiyi kimi satış kanalında da bütöv bir ticarət sistemi, arxa - ofis tətbiqi və ya yalnız bir məlumat toplama layihəsi kimi fərqli modellərdə də çalışa bilməkdədir.
Malların təhvil verilməsi, yeni sifarişin alınması, ödəmənin qəbulu, malların geri qaytarılması bir pəncərədən və vaxt itirmədən aparılır.
İstənilən növ avadanlıqla inteqrasiya etmək mümkündür.
Ekspeditorun işinə tam nəzarət etmək mümkundur.
Müştərilərlə hesablaşmaq çox asandır.
Logixlə inkişaf etmək daha asandır. Çünki, yaranmış problemi zamanında həll edən yerli xidmət mövcuddur.
Logix lokal şəbəkədə işləməklə yanaşı qlobal şəbəkədə də işləmək imkanına malikdir.

Referanslarımız

play video

MOBİL SATIŞ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan