MARKET İDARƏETMƏ

Phone App

Logix Market modulu mallarınız anbarınıza daxil olduğu andan etibarən satılana qədər bütün hərəkətlərini təqib edə, mal əsasında qazanc və ya zərərinizin hesabatını hazırlaya və rəflərinizdə satış hərəkətliliyi olmayan malları təsbit edə biləcəyiniz bir proqramdır. Bu proqram vasitəsilə siz barkodlu mal satış və təqibini həyata keçirərək müştərinin tələblərinə daha sürətli cavab verəcək və anbarınızı nəzarətdə saxlaya biləcəksiniz. Periodik satış dövrlərinin hesabatını çıxara bilmək və bu istiqamətdə strategiyalar hazırlamaq imkanına malikdir.

Satış nöqtəsinin idarə edilməsi
Satışın artıb-azalma tempinin təqibi
Şöbə, mal, tarix və saat əsaslı endirimlər etmək imkanı
Satışları müxtəlif mal qruplarına (içki, şirniyyat və s.) görə çeşidlərə ayıra bilər, ətraflı məlumat ala bilərsiniz
Çəki, ədəd və s. görə barkodlu satış həyata keçirilməsi
Çəki ilə satılan mallar üçün barkodlu tərəzidən istifadə
Satış faizini təyin edərək avtomatik satış qiymətinin əmələ gətirilməsi
Satış anında müştəriyə aid alış-veriş statistikasını görə bilmə
Sensorlu ekrandan istifadə etmə imkanı
Detallı fakturanın (çek) müştəriyə dərhal təqdim edilməsi

Kassa əməliyyatları
Kassalara istənilən sayda kassir təyin edə bilərsiniz
Gündəlik kassa hesabatının detallı və ya xülasə şəklində alınması
Bank hesabı ilə nağd kassa arasındakı pul transferlərinin təqibi
Həyata keçirilən satış, qaytarılma və ləğv etmə əməliyyatları gün sonu hesabatları ilə ətraflı təqib edilməsi

CRM (müştərilərlə əlaqələrin idarə edilməsi)
Müştərilərinizə aid məlumatların detallı olaraq təqibi
Müştərilərinizin peşə və təhsil səviyyəsi ilə bağlı məlumatları təqib edə bilər, beləliklə müştəri seqmentləşdirilməsi əmələ gətirərək mal çeşidliliyini buna görə nizamlaya bilmə imkanı
Alış-veriş statistikasına görə müştərilərinizin seçimlərinin müəyyən edilməsi
Müştəriləri müxtəlif qruplara ayıra bilər, müştərilərin şikayət və təkliflərinin təqibini edə
Müştərilərə görə qiymət və güzəştlərin təyin edilməsi - ENDİRİM KARTLARI

Təchizatçılarla işin idarə edilməsi
Satınalma sifarişlərinizi iki mərhələli olaraq (sifariş tələb və sifariş təsdiq) təqib edə bilər, istənilən valyuta növü ilə hesablaşmalar apara bilərsiniz
Təchizatçı əsasında mal qalıqları və dövriyyəsinin təqib olunması
Satınalma sifarişlərinizin e-mail vasitəsilə avtomatik olaraq təchizatçılara göndərə bilmə imkanı
Qaytarılma və dəyişdirilmə əməliyyatlarının həyata keçirilməsi
Təchizatçılarla hesablaşmaların təqibi

Anbar idarəetməsi
Mal qrupları (içkilər, təmizlik vasitələri və s.) müəyyənləşdirə bilmə və bu qruplar əsasında statistik məlumatlar ala bilmə imkanı
Anbarlarla əlaqəli bütün giriş-çıxış sənədlərini nizamlanması, anbarlararası transferlərin və sayma əməliyyatlarının həyata keçirilməsi
Anbar və mağaza əsasında mal qalığı təqibinin həyata keçirilməsi imkanı
Verilən sifarişlər istiqamətində anbar giriş-çıxış sənədlərinin avtomatik olaraq hazırlanması
Bütün giriş-çıxış sənədlərində barkod oxuyuculu mobil cihazlardan istifadə imkanı
Mallarınızın satış vəziyyətinin və satış maliyyətlərinin tək hesabatda analiz etmə imkanı
Avtomatik sayma əməliyyatı sayəsində sayma öncəsi və sonrası mallarınızın vəziyyətini müqayisə edə bilər, mal itkilərinizi təqib edə bilərsiniz.

Referanslarımız

play video

MARKET İDARƏETMƏ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan