OTEL İDARƏETMƏ SİSTEMİ

Phone App

Logix Hotel İdarəetmə sistemin bir ERP həlli olub sinfindən asılı olmayaraq hotellərin bütün biznes proseslərinin avtomatlaşdırılmasını və vahid mərkəzdən idarə olunmasını təmin edir. Sistem hotelçilikdə istifadə olunan bütün cihazlarla inteqrasiyaya uyğundur. Sistem 2 hissədən ibarətdir.

1. Arxa panel
2. Ön panel

Arxa panel hotelin mərtəbə və onlara uyğun olaraq otaqları qeyd etməyə və gedən bütün presesi izləməyə imkan verir: "Rezervasiya", "Check-in", "Check-out", "Housekeeping" xidmətinə nəzarət. Sistem hotel qiymətlərinin müştəri kateqoriyasını (böyük, uşaq və körpə) və otaqdakı çarpayı sayını və digər xitmətləri (nahar yeməyi, ütü, paltar yuma və s.) nəzərə alaraq formalaşmasını təmin edir. Arxa panel aşağıdakı modulları özündə ehtiva edir.

Məhsul tələb əməliyyatları modulu
Satınalma modulu
Mal mədaxil və məxaric modulu
Qalığa nəzarət modulu
Əsas vəsaitin idarə olunması
Qiymət idarəetmə modulu
F&B maya dəyər analizi modulu
Borc sənəd əməliyyatları və idarə olunması modulu
Ümumi Mühasibatlıq modulu
HR-Personal Nəzarət Sistemi
CRM
BPM (Business Process Management) & Checklist
Maliyyə hesabatları modulu

Ön panel arxa panelin bütün funksionallığını özündə ehtiva etməklə yanaşı rahat istifadə və sürətli əməliyyat imkanı verir. Ön paneli bütün əməliyyat sistemlərinə (IOS, Android, Windows, MacOS və s.) qurmaq mümkündür, istənilən olçüdə və funksionallıqda cihazla işləmə imkanı vardır.

Referanslarımız

play video

OTEL İDARƏETMƏ SİSTEMİ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan