TURİZM İDARƏETMƏ SİSTEMİ

Phone App

Logix Turizm Sistemi turizm sektorunda fəaliyyət göstərən şirkətlərin fəaliyyətini asanlaşdırmaq üçün nəzərdə tutulmuş proqram paketidir. Sistemin əsas məqsədi bütün proseslərin vahid sistem üzərindən idarə olunmasını təmin etmək və effektiv turizm planlaması həyata keçirməkdir. Sistem aşağıdakı modullardan ibarətdir.
a. Mərkəzi İdarəetmə Modulu
b. “Web” səhifələrlə inteqrasiya
c. Mobil aplikasiya

Mərkəzi İdarəetmə Modulu turizm şirkətinin əsas əməliyyat, uçot sistemini əhatə edir. Əsas modul olmaqla yanaşı özündə məlumatlar, sənədlər, kassa əməliyyatları və s. kimi alt modulları da birləşdirir. İstifadəçilər bu modul vasitəsilə aşağıdakı əməliyyatları icra edə bilərlər.

Modulun xüsusiyyətləri:
Hotellər haqqında məlumatlar
Hotellərin ulduza görə sinifləndirilməsi
Otaqlarının sayı, tipləri və qiymətləri haqqında məlumatlar
Turizm şirkətinin göstərdiyi xidmətlər haqqında məlumatlar
Qonaq qarşılama xidmətinin təşkil olunması və planlaması
"Rent a Car" xidmətinin göstərilməsi
Tur paketlərinin tərtib olunması və onlar haqqında ətraflı məlumatlar
Tur paketlərinin qiymətlərinin idarə olunması və satışı
Tur agentləri ilə aparılan əməliyyatlara nəzarət
Tur agentlərindən daxil olan sifarişlərin qəbul olunması və yönləndirilməsi
Tur agentləri ilə hesablaşmaların həyata keçirilməsi
Pul əməliyyatlarının idarə olunması (Kassa mədaxil, Kassa məxaric, Kassa dövriyyəsi və s.)
Bütün əməliyyatlara dair izahlı hesabatlar

Referanslarımız

play video

TURİZM İDARƏETMƏ SİSTEMİ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan