RESTORAN İDARƏETMƏ SİSTEMİ

Phone App

Logix Restoran Modulu restoranlarla yanaşı kafe, bar, fast food, çay evi və s. kimi müəssisələrin avtomatlaşdırılmasını təmin etmək üçün hazırlanmışdır. Sifariş və əlavə sifariş sisteminin sürətləndirilməsini, ofisiantların daha effektli işləmələrini, müştərilərə daha sürətli xidmət göstərilməsini təmin edən bir sistemdir. Müştərilərin sifarişləri əl terminalları və ya sensorlu ekrandan istifadə olunaraq şəbəkə (Wi-Fi) vasitəsilə mərkəzi sistemə ötürülür. Logix Restoran modulunda mətbəx, bar və ya müəyyən olunmuş şöbələr olaraq ayrılan sifariş məlumatları əlaqəli yerlərdəki printerlərdən avtomatik olaraq çapdan çıxır. Bundan əlavə, restorana aid xüsusi yeməklərin şəklini də əlavə edə bilərsiniz. Bu modulla katerinq xidmətlərini təqib etmək və daim nəzarətdə saxlamaq mümkündür.

Sistemin faydaları:
Sistem sayəsində sizin daim kassada durmaq məcburiyyətiniz ortadan qalxır.
Sistem kassaya bütün giriş-çıxışların qeydiyyatını təmin edir.
İtkilərin minimuma endirilməsini təmin edir.
Ərzaq alışlarını, ödənişləri, xərcləri və onların idarə olunmasına nəzarəti təmin edir.
Formalaşmış yemək reseptləri (kalkulyasiya) ilə ərzaq stokuna nəzarəti təmin edir.
İşçi sayına qənaət edir, iş yerindəki qarışıqlığı aradan qaldırır.
Müştərinizin müəssisənizə qarşı etibarını artırır.

Sistemin xüsusiyyətləri:
Gündəlik anbardan istifadə olunan məhsullar anbar proqramının bazasından avtomatik olaraq çıxılır.
Sifarişlər sürətli və xətasız toplanır.
Toplanan sifarişlər daha tez və qüsursuz şəkildə müştərilərə təqdim olunur.
Həyata keçirilən satışlar avtomatik olaraq proqrama ötürülür və menyu bazasından çıxılır.
Satışlar müştəri hesablarına avtomatik olaraq ötürülür.
Touchscreen ekranla rahat istifadə olunur.
Əl terminalları və bu kimi digər cihazlara inteqrasiya oluna bilir.
Onlayn bağlantı sayəsində eyni anda istənilən sayda əl terminalından istifadə imkanı mövcuddur.

Logix restoran sistemi təməl infrastrukturu və qabaqcıl hesabat funksiyaları ilə müəssisələrə bəzi əsas üstünlüklər təklif etməkdədir:
Sifariş-mətbəx uyğunluğunun təmin edilməsi ofisiantlarla mətbəx işçiləri arasında baş verə biləcək anlaşılmazlığın qarşısını alır. (Hər sifariş üçün ayrı-ayrı acılı, az bişmiş, yaxşı qızarmış və s. kimi variantlar daxil edilə bilər)
Sifarişlərin mətbəxə anında çatması onların daha sürətli icra edilməsini təmin edir.
Müştərinin hesab sistem tərəfindən avtomatik olaraq hesablandığından qarışıqlıq baş vermir.
Şöbəsi olan müəssisələr üçün bütün şöbələrə aid məlumatlara bir nöqtədən nəzarət etmə imkanı vardir.
Bütün əməliyyatların asan təqib edilə bilməsi dolğun hesabatların alınması ilə təmin edilir.
Ayrı-ayrı mərtəbələri və həyəti olan restoranların hər bir mərtəbəsinin və ya masasının ayrı-ayrılıqda aylıq, həftəlik, gündəlik və ya istənilən tarixlər arasında satış hesabatları hazırlanır ki, bununla da bölmələrin faydalı iş əmsalını görə bilərsiniz.
İşçilərinizlə bağlı əməliyyatları (maaş, avans, mükafat, kuryer təqibləri və s.) həyata keçirə bilər və işçilərinizin iş məhsuldarlığını analiz edə bilərsiniz.
Bütün xərclərinizin hesabatını aparmaq imkanı mövcuddur.
Hesablaşmalarınızı istənilən ödəmə növü ilə həyata keçirə bilərsiniz.
İstədiyiniz yerdən internet vasitəsilə sistemə daxil ola bilər və nəzarət edə bilərsiniz.

Referanslarımız

play video

RESTORAN İDARƏETMƏ SİSTEMİ tanıtım videosu

Mail göndərin

Əlaqə

(+994) 50 516 55 44

Ünvan

27A A.Rajabli str., N.Narimanov dist., Baku, Azerbaijan